Ermənistanda Çikunqunya qızdırması hadisəsi aşkar olunub. Xəstə Seyşel adalarında ağcaqanad sancmasından yoluxub və hazırda sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bu barədə ölkə mətbuatı məlumat verib.
Məlumata görə, xəstəliyin gizli dövrü 2-12 gündür. Əsas simptomlar- qızdırma, oynaq və əzələ ağrısı, dəri səpgisi, halsızlıq olur. İnfeksiya yalnız ağcaqanad sancması yolu ilə ötürülür, insandan insana keçmir. Spesifik müalicə yoxdur, peyvənd geniş istifadə olunmayıb.
Risk qrupları: yaşlılar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar. Ölüm halları nadirdir və yoluxanlarda təxminən 0,1% təşkil edir.
Aytac