AZ

Maore Komitəsinin prezidenti: Fransa xalqımızın kimliyini məcburi şəkildə yenidən formalaşdırmağa çalışır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mayot adası problemi Fransanın neokolonial siyasətinin və onun identitetini (bir şəxsin və ya qrupun özünəməxsus xüsusiyyətlərini, dəyərlərini və keçmişini - red.) parçalamaq gücünün faciəli və aktual nümunəsidir".

Oxu.Az xəbər verir ki, bu sözləri Maore Komitəsinin prezidenti Mohamed Monjoin Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, 50 ildən artıqdır, Mayot - Qəmər Adaları İttifaqına aid olan bir ada BMT-nin qətnamələrinə və beynəlxalq hüquqa zidd olaraq Fransanın işğalı altındadır:

"Bu işğal yalnız əraziyə nəzarət demək deyil, həm də assimilyasiya siyasəti ilə Maore xalqının kimliyini məcburi şəkildə yenidən formalaşdırmaqdır.

Fransanın assimilyasiya siyasəti Maore xalqının Qəmər Adaları İttifaqına mənsubiyyətini rədd etməyə yönəlib, amma həmin xalq tamhüquqlu fransız kimi də qəbul edilmirdi. Əlcəzair buna yaxşı bələddir. Maore xalqı qardaş qəmərliləri yad kimi görməyə təşviq olunur, halbuki onlar eyni tarixə, mədəniyyətə və dinə sahibdirlər. Bu ayrı-seçkilik nəticəsində də onlar iki kimlik arasında qalmış olurlar: həm qəmərli, həm də tam fransız deyillər. Bu, koloniya hakimiyyəti tərəfindən manipulyasiya olunan asılı və parçalanmış bir kimlikdir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
oxu.az

1Mənbələr