“Marsel” Roberto De Zerbinin istefasından sonra yeni baş məşqçisini açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, Liqa 1 təmsilçisi komandaya Habib Beyeni gətirib. 48 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Beye son olaraq bu ayın əvvəlində ayrıldığı “Renn” klubunda çalışıb.
Hazırda “Marsel” Liqa 1-də 40 xalla 4-cü pillədə qərarlaşıb.