AZ

Ucarda yanğından zədələnən qaz xətti bərpa olunur YENİLƏNİB

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ucar, 19 fevral, AZƏRTAC

Ucar rayonunda yanğın zamanı qaz xətti zədələnib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Artıq ərazidə qazıntı işləri yekunlaşıb və polietilen boruların quraşdırılması mərhələsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məlumat verib.

Bildirilib ki, təmir-bərpa işləri çərçivəsində 315 millimetrlik 10 metr uzunluğunda yeni polietilen boru xətti çəkilir, eyni zamanda, borunun metal hissə ilə birləşmə qovşağı yenisi ilə əvəz edilir. Planlaşdırılan işlərin bu gün saat 17:00-dək tam başa çatdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.

20:13

Ucar, 18 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Ucarda yanğın zamanı qaz xətti zədələnib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən “Ucar” QPS-dən qidalanan PE 315 millimetrlik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb.

Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Xəttin bərpası məqsədilə əraziyə işçi qüvvə və xüsusi texnika cəlb edilib, hazırda təmir-bərpa işləri aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
azertag.az

10Mənbələr