AZ

Türkiyəli məşhurlar narkotik ittihamı ilə məhkəməyə GƏTİRİLDİ – FOTO

Türkiyəli məşhurlar narkotik ittihamı ilə məhkəməyə gətirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan, aralarında tanınmış sənətçilərin də olduğu 21 nəfər şübhəli şəxs məhkəməyə çıxarılıb.

Onlar iki gün ərzində polis bölməsində saxlanıldıqdan sonra bu gün səhər saatlarında ədliyyə binasına gətiriliblər.

Şübhəlilər arasında “Duman” qrupunun solisti Kaan Tanqözə, müğənni Murad Dalkılıç və tanınmış aktyor İsmayıl Hacıoğlu da var.

Hazırda məhkəmə tərəfindən saxlanılan şəxslərin ifadələri alınır və onların barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

Faktla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr