AZ

Moskva aerportlarında 20-ə yaxın aviareys təxirə salındı

Bakı. Trend:

Yağan güclü qar Moskva şəhərinin hava limanlarında 19 reysinləğv edilməsinə səbəb olub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya FederasiyasınınNəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14 reys iki saatdan artıq müddətə gecikdirilib, 6təyyarə isə ehtiyat hava limanlarına yönləndirilib.

“Günün əvvəlindən etibarən hava limanları 320 reysə xidmətgöstərib: 160-sı uçuş, 160-sı eniş üzrə. 6 reys ehtiyataerodromlara yönləndirilib. Gəliş və gediş üzrə, o cümlədən xariciaviaşirkətlərə məxsus 6 reys daxil olmaqla, ümumilikdə 19 reys ləğvedilib. 14 reys iki saatdan artıq təxirə salınıb”, — məlumatda qeydolunub.

Qeyd eedək ki, paytaxtın Nəqliyyat Departamenti Moskva şəhərinəyağan güclü qar səbəbindən sakinləri avtomobillə səfərləri təxirəsalmağa və metrodan istifadə etməyə çağırıb. Bununla əlaqədarşəhərin mərkəzində hərəkətin lokal məhdudlaşdırılmasıgözlənilir.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr