Braziliya millisinin və “Real"ın sabiq müdafiəçisi Marcelonun oğlu Entso Alves ilk beynəlxalq uğurunu əldə edib.
QOL.az xəbər verir ki, 16 yaşlı hücumçunun kapitanı olduğu İspaniyanın U-17 millisi Finlandiyaya qarşı keçirilən beynəlxlaq turnirin final matçına 7:0 hesabı ilə qalib gəlib.
Entso Alves oyunda dubl edib. Bununla da o, İspaniya yığması ilə ilk titulunu qazanıb.
Qeyd edək ki, Entso Alves "Real"ın U-18 komandasında çıxış edir.