AZ

Ukrayna və Rusiya birgə administrasiya yarada bilər

Ukrayna və Rusiya nümayəndələri Donetsk vilayətinin işğal olunmamış hissəsində birgə mülki administrasiya yaratmaq imkanlarını müzakirə edirlər.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən yazıb. 

Məlumata görə, bu ideya Cenevrədə danışıqlar zamanı müzakirə olunub və silahsızlaşdırılmış zonada administrasiyanın yaradılması ilə bağlıdır. 

Kiyev bu məlumatı rəsmi olaraq təsdiqləməyib. 

Ağarza Elçinoğlu

Seçilən
61
2
unikal.az

4Mənbələr