Yazıçı Orxan Saffari, rejissor Kənan Mahmudovun (Kənan MM) onu və ailəsini sosial şəbəkədə ağır şəkildə təhqir və təhdid etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, yazıçı həbs istəmir:
Saffari, qarşı tərəfin ailəsinin əziyyət çəkməməsi üçün onun həbs olunmasını və ya polisə şikayət edilməsini istəmir.
O, məsələni xüsusi ittiham qaydasında məhkəməyə daşıyır. Tələbi rəsmi şəkildə üzr istənilməsi və təzminat ödənilməsidir.
Məhkəmə tərəfindən təyin olunacaq təzminat məbləğini yazıçı özünə götürməyəcək, istedadlı gənc rejissorlardan birinin yaradıcılıq işinə bağışlayacaq.
Qeyd edək ki, sosial şəbəkələrdəki bu növ paylaşımlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təhqir (148), böhtan (147) və hədələmə (134) maddələri ilə hüquqi məsuliyyət yarada bilər.