AZ

"Onlar "Benfika"nı səfərdə, evdə "Ayntraxt"ı udan komandaya bənzəmirdi"

İngiltərə, “Liverpul” və “Real”ın sabiq futbolçusu Stiv MakManaman Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın "Nyukasl"a (1:6) hesabla uduzması haqda danışıb.

Sportal.az “Sields Gazette”yə istinadən xəbər verir ki, “TNT Sports”a açıqlamasında Makmanaman “Qarabağ”ın əvvəlki matçlardakı eyni performansı göstərmədiyini deyib:

"Əla baş zərbəsi ilə qol vuruldu. Şey Givenin dediyi kimi, "Nyukasl" üçün fantastik 45 dəqiqə olduğunu inkar etmək olmaz. Amma rəqibin necə komanda olduğunu bilmirəm. Bu, "Ayntraxt”ı və "Benfika"nı səfərdə məğlub edən komandaya bənzəmirdi. Onlar bir dəstə iddiaçı kimi görünürlər. Hesab 5:0 idi, amma 10:0 da ola bilərdi, elə olmalı idi də. Harvi Barns özü het-trik edə bilərdi."

saytlarin hazirlanmasi

Seçilən
48
3
sportal.az

4Mənbələr