AZ

Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...

Məşhur futbolçu Kriştiano Ronaldonun keçmiş sevgilisi Cema Atkinson illər sonra etirafı ilə gündəmə gəlib.

Far.Az xəbər verir ki, aparıcı müsahibəsi zamanı münasibətləri bitdikdən sonra ona Ronaldonun ünvanına mənfi fikirlər səsləndirməsi üçün yüksək məbləğdə pul təklif edildiyini deyib:

Lakin o, bu təklifi qəbul etməyib.

"Onun haqqında pis danışmağım üçün mənə çox pul təklif etdilər. Amma razılaşmadım. Çünki deyəcək heç bir mənfi sözüm yox idi", - deyə Atkinson bildirib.

O vurğulayıb ki, ayrılıqdan sonra süni qalmaqal yaradaraq şəxsi münasibətini mediaya material etmək istəməyib.

Atkinsonun bu açıqlaması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Seçilən
35
1
far.az

2Mənbələr