AZ

® Vergi Məcəlləsinin izahı: Vergi sual cavabları və məhkəmə təcrübəsi

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

TaxReview.az Azərbaycan vergi qanunvericiliyinin rəsmi izahlarını və vergi mübahisələri üzrə məhkəmə təcrübəsini bir platformada birləşdirən ixtisaslaşmış elektron portaldır. Portal istifadəçilərə Vergi Məcəlləsinin maddələri üzrə rəsmi mövqeləri, tətbiq praktikasını və aktual məhkəmə qərarlarını sistemli şəkildə təqdim edir.

Bu resurs xüsusilə mühasiblər, hüquqşünaslar, sahibkarlar və vergi sahəsində çalışan mütəxəssislər üçün etibarlı məlumat bazası rolunu oynayır.

1. Vergi Məcəlləsinin izahı

Sual-cavab bazası, məhkəmə qərarları, analitik məqalələr və aktual vergi xəbərləri ilə TaxReview.az istifadəçilərə vergi sahəsində lazım olan məlumatları vahid platformada təqdim edir. Portalda yalnız rəsmi mənbələrə istinad olunur və əldə edilən məlumatlar əsasında portalın məlumat bazası mütəmadi genişləndirilir.

Vergi orqanının rəsmi izahları və vergi işləri üzrə məhkəmə təcrübəsi Vergi Məcəlləsinin fəsil və maddələri üzrə təsnifatlaşdırılmış formada yerləşdirilib. Bu yanaşma istifadəçilərə konkret maddə, yaxud mövzu üzrə hüquqi mövqeni daha tez və rahat tapmağa imkan verir.

Bundan əlavə, portalda artıq süni intellekt əsaslı virtual köməkçi də aktivdir. Bu innovativ alət istifadəçilərə vergi ilə bağlı suallarına daha sürətli cavab tapmağa və portal daxilində səmərəli axtarış aparmağa imkan yaradır. Bu isə araşdırma prosesini xeyli sürətləndirirək istifadəçilərin işini rahatlaşdırır.

2. Vergi sual-cavabları

TaxReview.az portalının “Vergi sual-cavabları” bölməsində Dövlət Vergi Xidmətinə ünvanlanmış müxtəlif məzmunlu suallar və onlara verilmiş rəsmi cavablar toplanıb. Bu bölmə vergi ödəyicilərinin fəaliyyəti zamanı yaranan konkret situasiyalar üzrə rəsmi mövqeni öyrənmək baxımından xüsusilə faydalıdır.

Nümunə:

Sual: Müəssisənin xarici ölkədə yerləşən əmlakına görə ödədiyi əmlak vergisini Azərbaycanda mənfəət vergisi bəyannaməsində xərc kimi göstərmək mümkündürmü?

Cavab: Rezident müəssisənin xarici dövlətdə yerləşən əmlakına görə həmin ölkədə ödənilmiş əmlak vergisinin Azərbaycan Respublikasında əmlak vergisi ödənilərkən nəzərə alınması Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəaları ilə tənzimlənir. Eyni zamanda, rezident müəssisənin balansında olan əmlaklara, o cümlədən xarici dövlətdə yerləşən əmlaklarına görə əmlak vergisi hesablanaraq dövlət büdcəsinə ödənilir. Hesablanmış əmlak vergisi vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi

3. Vergi mübahisələri üzrə məhkəmə təcrübəsi

Portalın “Məhkəmə qərarları” bölməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəmələrinin vergi mübahisələri üzrə qəbul etdiyi qərarların qısa və sistemli xülasəsi təqdim olunur. Qərarların xülasəsi aşağıdakı struktura uyğun hazırlanır:

• İşin faktiki halları;

• Mübahisənin predmeti (sual);

• Məhkəmənin hüquqi mövqeyi (cavab);

• Hüquqi əsas.

Bu format məhkəmə təcrübəsinin operativ şəkildə öyrənilməsinə və analoji işlər üzrə düzgün hüquqi qiymətləndirmə aparılmasına kömək edir.

Nümunə:

Faktlar: Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənildiyi müəyyən edilib və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunub.

Sual: Vergi ödəyicisinə ƏDV-ni başqa ay üzrə bəyan etməsi səbəbindən maliyyə sanksiyası tətbiq oluna bilərmi?

Cavab: Hazırkı halda, vergi ödəyicisi ƏDV-dən yayınmayıb, lakin onu başqa ay üzrə bəyan edib. Bu hal maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmamalıdır. Vergi ödəyicisi vergini vaxtında bəyan etmədikdə və ya daha bunu gec etdikdə büdcəyə daxilolmanın gecikdirilməsinə görə faiz tətbiq oluna bilər. Lakin təqdim olunan vəziyyətdə maliyyə sanksiyasının tətbiqi qanunsuz hesab edilib.

Əsas: Vergi Məcəlləsinin 55.1.5 və 58-ci maddələri

Həmçinin hər bir xülasənin sonunda müvafiq qərarın tam mətni təqdim edilir və bu, istifadəçilərə əlavə hüquqi təhlil aparmaq imkanı yaradır.

Vergi sual-cavabları və məhkəmə təcrübəsindən əlavə, portalda mütəmadi olaraq analitik məqalələr və aktual vergi xəbərləri də dərc edilir. Vergi sahəsində aktual dəyişiklikləri izləmək, rəsmi mövqelərlə tanış olmaq və qanunvericiliyi daha dərindən anlamaq üçün TaxReview.az etibarlı və sistemli mənbə hesab olunur.

TaxReview.az portalının təqdim etdiyi xidmətlərlə bağlı daha ətraflı məlumat almaq üçün sayta daxil ola və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:

+994 50 797 34 15

[email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
1
azertag.az

2Mənbələr