AZ

Rusiya Ermənistanı hədələdi Sergey Şoyqudan qəzəbli açıqlama

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi tam şəkildə düşünülməmiş qərardır. Bu addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib:

"Digər ölkələrin dəmiryolu idarəçiliyi ilə bağlı səriştəsini qiymətləndirməyəcəyəm. Amma əminliklə deyə bilərəm ki, hansısa başqa bir şirkətin Ermənistanda uzun müddətdir heç də asan olmayan şərtlərdə və effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmiryolu daşıyıcısını tam şəkildə əvəz edə bilməsi ehtimalı azdır".

"Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planlarına dair vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, belə düşünülməmiş qərarlar əvəzini sadə Ermənistan vətəndaşlarının ödəməli olacağı təhlükəli təcrübələrə gətirib çıxarmayacaqmı?" - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib:

"Təxminən iki onillik ərzində qurulan sistem sadəcə olaraq bir gecədə çökə bilər. Təbii ki, hər hansı "dost ölkələr" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, Ermənistan rəhbərliyi məsul qərarlar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarından çıxış edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
oxu.az

10Mənbələr