AzVision.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “TASS” agentliyinə müsahibəsində belə deyib.
“Beləliklə, diplomatik dillə desək, düşünülməmiş qərarlar adi Ermənistan vətəndaşlarının da ödəməli olacağı eyni dərəcədə təhlükəli təcrübələrə səbəb olmayacaqmı? Təxminən iyirmi il ərzində qurulan sistem sadəcə bir saat ərzində çökə bilər”,– rusiyalı məmur bildirib.
Onun sözlərinə görə, təbii ki, heç bir dost ölkə buna görə məsuliyyət daşımayacaq. Bu baxımdan, Şoyqu Ermənistan rəhbərliyinin məsuliyyətli qərarlar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarını nəzərə alacağına ümid etdiyini vurğulayıb.
Sergey Şoyqunun fikrincə, heç bir ölkə Ermənistanın dəmir yollarının idarə olunmasında Rusiya şirkətini tam əvəz edə bilməz.
- Başqa ölkələrin səriştəsini qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir heç də asan olmayan şəraitdə effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır”,– Şoyqu söyləyib.
Rusiyalı məmur bildirib ki, Cənubi Qafqaz Dəmir Yolu (CQDY) yerli marşrutlardakı 360 min nəfər də daxil olmaqla, hər il 500 mindən çox sərnişin və 1,6 milyon tondan çox yük daşıyır. Bu baxımdan, Rusiya şirkətinin Ermənistan iqtisadiyyatına verdiyi töhfəni qiymətləndirmək çətindir:ölkənin ehtiyacları üçün bütün vacib yüklər CQDY tərəfindən daşınır.
Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistan dəmir yolu infrastrukturunu Rusiya Dəmir Yollarının (RDY) törəmə müəssisəsi olan CQDY-nin konsessiya idarəçiliyinə verib. Konsessiya müqaviləsi 30 il müddətinə bağlanıb və daha 10 il müddətinə uzadıla bilər.
Xatırladaq ki, ötən həftənin sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı dəmir yolu konsessiyasını hər iki tərəf üçün dost olan bir ölkəyə – məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə – satmağı təklif edib.
Daha əvvəl isə Paşinyan bildirmişdi ki, Moskva Ermənistan dəmir yollarına nəzarət etdiyi üçün beynəlxalq tərəfdaşlar Naxçıvandan sonrakı ərazidə alternativ marşrutlar axtarmağa can atırlar. Onun sözlərinə görə, İrəvanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin Rusiyanın konsessiyası Ermənistan üçün “müəyyən rəqabət itkiləri”yaradır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta