AZ

NYT: İsrail və ABŞ birgə hücuma hazırlaşır

İsrail hakimiyyəti ABŞ ilə İrana qarşı mümkün birgə hərbi əməliyyatlara hazırlaşır.

"Yeni Sabah" New York Times-a (NYT) istindala xəbər verir ki, bunu 2 hərbi rəsmi bildirib.

"Belə bir hücumun baş verib-verməyəcəyi ilə bağlı heç bir qərar verilməyib", - deyə NYT qeyd edir.

ABŞ bu həftə sonu İrana zərbə endirməyə hazırdır, lakin Tramp hələ hərbi əməliyyat barədə qərar verməyib.

Qəzetin mənbələrinə görə, hərbi kampaniya danışıqlar masasında Tehrandan lazımi güzəştlərin alınmasına yönələcək.

Lakin Amerika rəsmiləri aydınlaşdırıblar ki, İrana qarşı təklif olunan hərbi əməliyyatın əhatə dairəsi ilə bağlı qərar əsasən ABŞ prezidenti Donald Trampa aiddir.

Mənbələr əlavə ediblər ki, yüksək vəzifəli təhlükəsizlik rəsmiləri Trampı İran hökumətini devirmək üçün hər hansı bir əməliyyatın uğurlu olacağına zəmanət verilmədiyi barədə xəbərdar ediblər.

Pentaqon rəsmisi bildirib ki, regionda qüvvələr topladıqdan sonra ABŞ artıq öz qoşunlarını, aktivlərini və müttəfiqlərini İranın cavab zərbəsindən qoruya bilər. Lakin o xəbərdarlıq edib ki, ABŞ ordusunun uzun və genişmiqyaslı müharibəyə tab gətirmə qabiliyyəti hələ də şübhə altındadır.

Mənbələr qeyd edib ki, təyyarədaşıyan gəmilərin zərbə qrupları özlərini raketlərdən qoruya bilirlər və hərəkət edən təyyarədaşıyan gəmini ballistik raketlə vurmaq çətindir. Bundan əlavə, ABŞ-da yerləşən "B-2" bombardmançı təyyarələri və digər ABŞ-ın uzunmənzilli bombardmançı təyyarələri yüksək hazırlıq vəziyyətindədir.

Çərşənbə axşamı Cenevrədə ABŞ-İran nüvə danışıqlarının ikinci raundu keçirilib. Hər iki tərəf danışıqları müsbət qiymətləndirib. Lakin bir neçə ABŞ mediası ABŞ ordusunun gələn həftəsonu İrana qarşı əməliyyata hazır olacağını bildirib; lakin Tramp hələlik bu məsələ ilə bağlı qərar verməyib.


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr