AZ

Aktyor serialdan Baxçalıya ismarış göndərdi

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin "Yeraltı" serialının baş rol ifaçısı Uraz Kayqılaroğlu MHP lideri Dövlət Baxçalının təriflərinə maraqlı üsulla cavab verib. Aktyor canlandırdığı "Bozo" obrazı vasitəsilə birbaşa efirdən siyasi liderə ismarış göndərib.Demokrat.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Dövlət Baxçalının aktyora zəng etməsi ilə başlayıb. MHP lideri gəncləri pis vərdişlərdən uzaq durmağa çağıran ssenariyə görə çəkiliş heyətini təbrik edib və aktyora "bozqurd" tablosu hədiyyə etmək istədiyini bildirib.Uraz Kaygılaroğlu bu diqqətə serialın son bölümündəki dialoqu ilə reaksiya verib. O, obrazının dili ilə "Gördüm, gördüm bir dövlət var. Amma gizli, amma dərin bir dövlət var" ifadələrini işlədib. Aktyorun "dövlət" sözünü həm də siyasi liderin adına işarə edərək vurğulaması izləyicilərin diqqətindən qaçmayıb.Televiziya tarixinə keçən bu addım sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər ssenari ilə real həyat arasındakı bu əlaqənin çox peşəkar şəkildə qurulduğunu qeyd edirlər.​​​​​​​Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
demokrat.az

1Mənbələr