ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın “Nyukasl”la matçdakı oyunu (1:6) britaniyalı ekspertlər tərəfindən sərt tənqid olunub.
İdman.Biz “The Shelds Gazette”yə istinadən xəbər verir ki, “TNT Sports” kanalının eksperti, İngiltərə futbolunun əfsanəsi olmuş Stiv Makmanaman Bakıdakı görüşün ilk hissəsində Ağdam klubunun zəif təsir bağışladığını bildirib.
O, oyunun fasiləsi fasilə zamanı canlı yayımda Malik Tyaunun qolunun təkrarına baxarkən bunları deyib:
“Çox gözəl başla vurulan qol idi. “Nyukasl” ilk hissədə tam üstünlük göstərdi.
Amma “Qarabağ”ın oyunu anlaşılmazdır. Bu, evdə “Ayntraxt”ı, səfərdə isə “Benfika”nı məğlub edən komanda deyil. Daha çox özünü başqa komanda kimi göstərməyə çalışan bir qrup oyunçuya bənzəyirlər. Hesab 5:0-dır, amma rahatlıqla 10:0 ola bilərdi, hətta olmalı idi. Harvi Barns istəsəydi, üç qol da vura bilərdi.
Artıq oyunu tez bitirmək lazımdır. Çünki qarşıda çətin bir həftəsonu matçı var. Futbolçulara istirahət vermək, bəzi oyunçuları əvəzləmək daha doğru olardı. “Nyukasl” üçün bu görüş, demək olar ki, ağır məşq xarakteri daşıdı”.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.