AZ

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 18-də baş tutan danışıqlarda Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı yenidən razılığa gələ bilməyiblər.

AZƏRTAC xəbər verir ki, “Euractiv” portalı bu barədə diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, Malta və Yunanıstan kölgə donanmasına qoyulan məhdudiyyətlərin onların gəmiçilik sənayesinə potensial təsiri ilə bağlı narahatlıqlarını bildiriblər. Həmçinin danışıqlarda gəmilərin siyahısı da daxil olmaqla, bir sıra digər məsələlər barədə fikir ayrılıqları qalır.

Səfirlər fevralın 20-də də müzakirələri davam edəcəklər. Sanksiyalar paketinin fevralın 24-dək razılaşdırılacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
2
azertag.az

3Mənbələr