AZ

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ Dövlət Departamenti İranda etiraz aksiyalarını zorakılıqla yatırdıqları və internetə çıxışı məhdudlaşdırdıqları səbəbilə 18 iranlı rəsmisinin sanksiya siyahısına əlavə edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Pigott məsələ ilə bağlı yazılı bəyanat yayıb.

Pigott bildirib ki, İranda keçirilən etirazları zorakılıq yolu ilə boğduqları və internetə çıxışı məhdudlaşdırdıqları üçün 18 iranlı rəsmi barəsində sanksiya qərarı verilib.

ABŞ administrasiyasının “İran xalqının ifadə azadlığını” dəstəkləməyə davam edəcəyini vurğulayan Pigott qeyd edib ki, iranlıların “dinc toplaşmaq” və “etiraz etmək hüququ”nun qarşısı alına bilməz.

Sözçü müavini əlavə edib ki, bu çərçivədə indiyədək ümumilikdə 58 iranlı rəsmi sanksiya siyahısına daxil edilib.

Seçilən
41
cebheinfo.az

1Mənbələr