AZ

Sosial müdafiə, yoxsa məhvetmə siyasəti?

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

QAZİLƏRİ YAŞAT Fondu YAŞADIR, SOSİAL MÜDAFİƏ Fondu  məhv edir. Hökumətin sosial müdafiə siyasətinin sözdən o yana keçmədiyi getdikcə daha qabarıq formada üzə çıxır.  Milli gəlirin bölünməsində ayrı-seçkilik o həddə çatıb ki, SOSİAL təminatın yalnız adı qalıb.

Bir yandan da əhalinin sosial müdafiəsinə təhkim edilən dövlət orqanının -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların əhaliyə qarşı sosial, hüquqi repressiya siyasəti! Bizi şişirtmədə qınayanlar faktlara fikir versinlər, pensiyalar hətta qanunla müəyyən olunan qaydaya uyğun  hesablanmır.  Deputatların, “sosial ekspert”lərin pensiyaların, maaşların hansı tarixdə veriləcəyini anons edən çıxışları ilə sosial müdafiə olmur. Heç qanun, məhkəmə də hamıya “bir gözlə baxmır”, məhkəmələr yalnız həmkarlarının- keçmiş hakimlərin düz hesablanmayan 5-10 min manatlıq pensiyalarını düzəldirlər. Sıradan əmək, müharibə veteranlarına gəldikdə ƏƏSMN-in 18.02.2020-ci il tarixli əmrlə DSMF-in tərkibində yaratdığı  MƏHKƏMƏ FİLİALI- 39 saylı vəkil bürosu (nəinki dövlət orqanının heç özəl qurumun da TABELİYİNDƏ VƏKİL BÜROSU fəaliyyət göstərə bilməz, bunu ƏƏSMN-İN BEYNƏLXALQ HÜQUQ DOKTORLARI , MƏHKƏMƏ HAKİMLƏRİ , VKRH  bilmir, bəs PA, MM, KM OMBUDSMAN, BAŞ PROKURORLUQ, DÖVLƏTİN MƏHKƏMƏ HÜQUQ SİSTEMİ?-M.B.) hətta 15-20 il qabağın məhkəmə qərarlarını qərarı çıxaran məhkəmələrə ləğv etdirir. Konstitusiyanın, qanunun aliliyinə, hüququn üstünlüyünə baxın, vətəndaş  pensiyasının düz hesablanıb artırılması tələbi ilə məhkəməyə müraciət edir, artmaq əvəzinə, əksinə, 15 il qabaqkı qanunla, məhkəmə qərarı ilə pensiyasına əlavə olunan məbləğdən də məhrum edilir!(?) Hətta ƏƏSMN, tabeliyindəki qurumlar vətəndaş pensiyaçını qərəzlə bütün digər hüquqlardan da məhrum edir ki, niyə məhkəmə müdafiəsi  hüququndan yararlanır. (?) Hətta vətəndaş pensiyaçının ailəsi də “sosial diqqət”dən kənarda qalmır, sosial məmurlar  “it ilində” pensiyanın ailə üzvünə artımla hesablandığını “müəyyən edib” gizlin azaldırlar.  Belə sosial müdafiə siyasəti olar? Bunun adı sosial qərəz, ayrı-seçkilik, məhvetmə siyasətidir.

Ədalət adına deyək ki, YAŞAT Fondu doğrudan da, qaziləri, şəhid ailələrini yaşadır. Özü də Fondla bağlantı qurmaq həm pulsuzdur, həm də operativ. 8110 nömrəsi anında elə xidmət göstərir ki, niyə bu sistemin başqa qurumlarda tətbiq edilmədiyinə təəcüblənirsən. Səhiyyənin, ƏƏSMN-in etmədiyini YAŞAT Fondu böyük diqqət və qayğı ilə edir. Fikrimizcə, qazilərin pensiya, mənzil təminatı ilə bağlı məsələlər YAŞAT Fondunun səlahiyyətinə verilsə, gerçək sosial müdafiə təmin olunar. ƏƏSMN-in və tabeliyindəki qurumların sosial məhvetmə siyasətinə YAŞAT Fondu son qoyar.  ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçilərinin mehriban, qayğıkeş münasibətlərini vurğulamasaq, ədalətsizlik olar.

Məğrur Bədəlsoy

P. S. 13 ildir Nərimanov RİH-də 11 nəfərlik 2 əlil elmi işçisi, 4 körpəsi (balacası 1 yaşındadır) olan  ailəm mənzil növbəsindədir. 10 ildir Bakı İnzibati Məhkəməsi 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin mənzillə növbədənkənar təminatı öhdəliyini borclu ƏƏSMN DSTX-nın (hazırda Sosial Xidmətlər Agentliyi) üzərinə qoyub. Borclu borcunu ödəmək əvəzinə, məhkəmə borcluya cərimə tətbiq etmək əvəzinə, tələbkarın məhkəməyə müraciətinə qadağa qoyub, tələbkarı cərimə edir (?). Qanunla, Prezident fərmanı, NK qərarı ilə pensiyama əlavələri tələb etdim, 9 il qabaqkı məhkəmə qərarı ilə əlavə olunan 110 manatı da borclu DSMF (XŞTMF, MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU) yedi. Gözləri doymadı, mənə qulluq edən həyat yoldaşımın da pensiyasını gizlin azaltdılar. 3 ildir illik indeksasiya artımının birinci ayının məbləğini yeyirlər. Elə 3 gün qabaq da yalnız fevralın artımı verildi. Guya 7 il qabaq artıq hesablanıb. Halbuki keçən il DOST-a müraciət etdik, pensiyanın nəinki artıq , əksinə az hesablandığı üzə çıxdı, ortalıq 40 manat civarında aylıq əlavə hesablandı. Gözləyirdik ki, daha gizlin yeyinti ləğv olunar, amma qərəz siyasəti, məhvetmə siyasəti sürür...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
hurriyyet.az

1Mənbələr