AZ

Restoranda yeyib içdi, pul ödəmədi Məhkəmə qərarı verdi

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Qəbələdə restoranda yemək sifariş edib yedikdən sonra hesabını ödəməyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə "Künəfə" restoranda baş verib. 

1989-cu il sentyabrın 1-də Mingəçevir şəhərində doğulmuş C.H. həmin restoranda ictimai qaydanı və vətəndaşların sükunətini pozan, lakin cinayət məsuliyyəti yaratmayan hərəkətlərə (İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi - Xırda xuliqanlıq) yol verib. 

O, məhkəmədə özünü təqsirli bilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. 

Məlum olub ki, təqsirləndirilən şəxs bir neçə şəxslə restorana gəlib, təxminən 2-3 saat ərzində müxtəlif yemək yedikdən sonra hesabı ödəməkdən imtina edib, daha sonra aqressiv davranmağa başlayıb, restoran rəhbərliyinin ünvanına nalayiq sözlər işlədib. O, hadisəni içkili halda törədib.

Məhkəmənin hökmü ilə C.H. 10 gün müddətinə həbs olunub. 

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
qaynarinfo.az

1Mənbələr