AZ

Zelenski: “Tərəfdaşlarımız nə istədiklərini açıq deməlidir”

AzVision.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski amerikalı jurnalist Pirs Morqana açıqlamasında belə deyib.

“Düşünürəm ki, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar həqiqətən seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər? Ruslar məhz bunu istəyirlər”,– Zelenski bildirib.

Onun sözlərinə görə, yekun razılaşmalar imzalanana qədər danışıqlar prosesində atəşkəs tələb olunur.

- Əgər ən azı iki aylıq atəşkəs olarsa və bu, sazişin imzalanmasına, referenduma və ya belə bir məsələyə gətirib çıxararsa və insanlar bunu məqbul sayırsa, buyurun. Mən mümkün olan hər şeyi edəcəyəm. Əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəsə nail ola bilsək, parlamentlə danışmaq və onun hazırda dəstəkləmədiyi qərarı qəbul etməyə inandırmaq üçün əlimdən gələni edəcəyəm”,– Ukrayna prezidenti vurğulayıb.

Bu baxımdan, Volodimir Zelenski ABŞ-ni“öz ev tapşırığını yerinə yetirməyə” və Rusiyanı belə bir atəşkəsə razılaşmağa inandırmağa çağırıb.

Lakin Moskva atəşkəsə yalnız Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxarıldıqdan sonra razılaşır, Kiyev isə bunu rədd edir. Bu arada, Qərb mediası Cenevrə danışıqlarında Ukraynanın Donetsk bölgəsində “demilitarizasiya” zonasının yaradılmasının müzakirə olunduğunu yazır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
29
2
azvision.az

3Mənbələr