AZ

Bill Qeyts çıxışdan imtina etdi

“Microsoft” şirkətinin həmtəsisçisi, milyarder Bill Qeyts “Epşteyn qalmaqalı”na görə Hindistanda süni intellektə həsr olunmuş sammitdə çıxış edə bilməyib.

“Cebheinfo.az” xarici mediaya istinadla bildirir ki, qərar çıxışa bir neçə saat qalmış verilib. Qeyd olunur ki, Bill Qeytsin “Aİ İmpact Summit 2026” adlı tədbirdə çıxışı əvvəldən planlaşdırılıbmış.

Qeyts Fondunun yaydığı açıqlamada bu məsələyə aydınlıq gətirilib. Bildirilib ki, milyarder ictimai diqqəti sammitin əsas işindən yayındırmamaq üçün tribunaya çıxmayıb.

Yəni Bill Qeyt çıxış etsəydi, süni intellektlə bağlı məsələlər bir kənarda qalacaq, “Epşteyn qalmaqalı” önə keçəcək, sammitin gündəminə düşəcəkdi.

Milyarder Epşteyni tanıdığına görə peşman olduğunu bildirib və bəzi iddiaları təkzib edib. Epşteyn 2019-cu ildə həbsdə olarkən intihar edib.

Qeyts Fondu Hindistandakı fəaliyyətinə sadiq qaldığını və sammitdə başqa nümayəndə ilə təmsil olunacağını açıqlayıb.

Seçilən
42
cebheinfo.az

1Mənbələr