AZ

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib

Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 mln. manat) çox olmaqla 612 mln. manat vəsait yönəldilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 593 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Qeyd edilib ki, ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
52
17
bakivaxti.az

10Mənbələr