AZ

Ordu Trampdan əmr gözləyir: İrana hücum hazırdır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ mediasının məlumatına görə, ABŞ ordusu İrana mümkün zərbələr üçün bölgədə kifayət qədər hava və dəniz qüvvəsi toplayıb. 

Lakin Donald Tramp hələ hücum barədə yekun qərar verməyib. 

“Cebheinfo.az” CNN-ə istinadən bildirir ki, təyyarədaşıyan gəmi “USS Abraham Lincoln” artıq regiondadır, “USS Gerald R. Ford” isə Yaxın Şərqə doğru hərəkət edir. 

Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, Vaşinqton diplomatiyaya üstünlük verir, lakin İranla əsas məsələlərdə fikir ayrılıqları qalır. Danışıqlar davam edir. 

Aişə Abdulova 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr