03 Mart 2026-cı il tarixində “AFB Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.
Marja.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1) Emitent “AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsi barədə,
2) “AFB Bank” ASC-nin 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən təsdiqlənmiş Maliyyə Hesabatının Auditor Rəyi ilə birlikdə təsdiq edilməsi barədə,
3) Digər məsələlər.
İclas Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında keçiriləcək.