2025-ci ildə Azərbaycan banklarının əldə etdiyi xalis mənfəəti onların bu il yanvarın 1-nə malik olduqları nizamnamə kapitalının 25,9%-i qədər olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankların kapitalının gəlirliliyi 1,5 faiz bəndi artıb.
Yanvar-dekabr aylarında 22 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən “Kapital Bank” ASC olub. Bu bankın illik xalis mənfəəti onun kapitalının 118,5%-ni təşkil edib.
Ötən ili zərərlə başa vurmuş “Bank BTB” ASC isə təbii olaraq kapitalının 0,6%-i qədər zərərliliyə malik olub.
Son 1 ildə kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib.

© Yurd.Media