AZ

Bakı yeni dəhliz yaradır, Tiflisə təsir edəcək?

ain.az bildirir, Axar.az portalına istinadən.

Gürcüstan xəritədən silinməyəcək, onun unikal strateji rolu heç bir yolla əvəz olunmayacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

“Bu gün Azərbaycanla Ermənistan arasında yeni yolların çəkilməsi intensiv müzakirə olunur, əminliklə və rahatlıqla deyə bilərik ki, bu, xüsusilə də əlaqə baxımından region üçün yaxşıdır. Bunu Gürcüstandan keçən yol üçün rəqabətli marşrut kimi görmürük. Yeni istiqamətlərin ortaya çıxmasına baxmayaraq, Gürcüstan qlobal geosiyasi xəritədə strateji əhəmiyyətini qoruyub saxlayır. Bəzi siyasətçilər Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən sui-istifadə etməyə və Gürcüstanın strateji funksiyasını kiçiltməyə çalışır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
4
axar.az

5Mənbələr