AZ

Antropoloq: Fransa Əlcəzairdə “üstün irq” prinsipi üzərində müstəmləkəçilik siyasəti aparıb

“Fransa Əlcəzairdə “üstün irq” prinsipi üzərində müstəmləkəçilik siyasəti aparırdı”.

APA xəbər verir ki, bunu əlcəzairli antropoloq Hişem Daud Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda deyib.

“Əlcəzair Afrikanın şimalında müstəmləkəçiliyin ən ağır hücumlarından birinə məruz qalıb. Bu, Fransanın “ikiqat sistemli” müstəmləkəçiliyi idi. Əlcəzairli fərd nəsillərarası travma yaşayıb. İlk növbədə işgəncə və mənəvi təqib həyata keçirilirdi. İşgəncə fiziki yara yaradır, mənəvi təqib isə psixoloji zədə formalaşdırır”, - o qeyd edib.

Antropoloq bildirib ki, “üstün irq” anlayışı kolonial epigenetika ideyasının mərkəzində dayanırdı: “Fransız yazıçısı Alber Kamyu məşhur ifadəsində demişdi: “Əgər demokratiya ilə anam arasında seçim etməli olsam, anamı seçərəm”. Bu fikirdə onun “ana” ilə Fransanı nəzərdə tutduğu, demokratiya ilə isə əlcəzairlilərə eyni mülki və siyasi hüquqların verilməsini ifadə etdiyi iddia olunur”.

Seçilən
29
3
apa.az

4Mənbələr