AZ

ABŞ hərbçiləri Venesuelada danışıqlar aparıblar

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Britaniyanın "Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, bu, ABŞ hərbçilərinin yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun həbsindən bəri bu ölkəyə ilk səfəridir. Onlar paytaxt Karakas şəhərində hökumət nümayəndələri ilə danışıqlar aparıblar. ABŞ Cənub Komandanlığının "X" hesabından verilən xəbərə görə, tərəflər Venesuelada vəziyyətin sabitləşdirilməsi səylərini, Prezident Donald Trampın bu istiqamətdə üçmərhələli planının icrası məqsədilə atılan addımları və ümumilikdə Qərb yarımkürəsində təhlükəsizliyin qorunmasının vacibliyini qiymətləndiriblər. Keçə həftə ABŞ-nin energetika naziri Kris Rayt da Karakasda idi. "Reuters" diqqətə çatdırır ki, amerikalı hökumət nümayəndələrinin Venesuelaya səfərləri birbaşa Donald Trampın həm hərbi gücdən, həm də enerji siyasətindən faydalanaraq bu ölkədə genişmiqyaslı islahatlar həyata keçirmək səylərinin bir hissəsidir. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
2
azvision.az

3Mənbələr