AZ

“Belədə ürəyimi satacam”

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Football-plus.az" xəbər verir ki, üç çəki dərəcəsində sabiq dünya çempionu, amerikalı Terens Krouford boksa mümkün qayıdışını şərh edib:

“80-100 milyon dollar müqabilində rinqə qayıtmağa hazırammı? Yox, belədə ürəyimi satacam. Başa düşürsüzmü, mən heç vaxt idmanla pul xatirinə məşğul olmamışam. Əlbəttə, boksla məşğul olanda pul da qazanırdım, ancaq ilk növbədə uşaqlıqdan arzuladığım hədəfə çatmaq – dünya çempionu olmaq istəyirdim. Və pul mənim üçün əsas motivasiya mənbəyi deyildi”.

38 yaşlı Krouford dekabrın 17-də karyerasını bitirdiyini elan edib. O, Ümumdünya Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyası üzrə ikinci orta çəkidə dünya çempionudu. Kroufordun hesabında 31-i nokautla olmaqla 42 qələbə var, bir dəfə də uduzmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
icma.az

2Mənbələr