ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO-nun xarici fəaliyyətinin azaldılması üçün alyansa təzyiq göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" dörd diplomat mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton NATO-nun İraqdakı missiyasının 2026-cı ilin sentyabrınadək başa çatdırılmasında israr edir. Bundan əlavə, ABŞ Kosovoda hərbi mövcudluğun azaldılmasını və iyul ayında Ankarada keçiriləcək sammitə Ukrayna və Sakit okean tərəfdaşlarının — Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya və Avstraliyanın dəvət edilməməsini istəyir.
Məlumata əsasən, ABŞ həmçinin Trampın “sonsuz müharibələrə son qoymaq” öhdəliyi çərçivəsində İraqdan təxminən 2,5 min hərbçisini çıxarmağı planlaşdırır.
Aytəkin TOFİQQIZI