AZ

Bu sürücü nə maşına yol verdi, nə də piyadaya 77 VD 015 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda qaydaları pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Vaqif prospektində qeydə alınıb. Belə ki, 77-VD-015 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü öncə güzgüyə baxmadan, dönmə işığı yandırmadan sol zolağa manevr edib. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb. Daha sonra isə qarşıda nizamlanmayan keçidə daxil olan piyadaya əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 0

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
avtosfer.az

1Mənbələr