Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Misli Premyer Liqası siyahıda 41-ci pillədədir. Liqanın reytinq xalı 1991,5-dir. Reytinq cədvəlində çempionatların beynəlxalq turnirlərdəki nəticələri və ümumi performansı əsas götürülüb.

İFFHS-in qiymətləndirməsinə əsasən, dünyanın ən güclü milli çempionatı İngiltərə Premyer Liqasıdır – 8087 xal. Braziliya A Seriyası 7735.5 xalla ikincidir. İlk üçlüyü isə 7510 xalla İtaliya A Seriyası tamamlayıb. İspaniya La Liqası 7400.5 xalla dördüncü, 6570.25 xalı olan Almaniya Bundesliqası isə beşincidir. 4029.25 xalı olan Türkiyə Superliqası 12-ci pillədə qərarlaşıb.

Siyahıda Rusiya, İran, Gürcüstan və Ermənistan liqaları yoxdur.
Qeyd edək ki, reytinq 1 yanvar 2021 – 31 dekabr 2025-ci il tarixi aralığında liqaların beynəlxalq arenadakı göstəricilərinə əsasən hazırlanıb.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.