AZ

Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistanın dəmir yollarının idarəçiliyində Rusiyanı əvəzləmək planları sistemin “bir anda sıradan çıxmasına” səbəb ola bilər.

O, TASS-a açıqlamasında bu niyyəti düşünülməmiş qərar kimi qiymətləndirib.

Şoyqunun sözlərinə görə, uzun illərdir çətin şərtlər altında Ermənistanda fəaliyyət göstərən Rusiya dəmir yolu operatorunu başqa bir şirkətin tam şəkildə əvəz edə bilməsi çətin görünür.

O, həmçinin Ermənistanın ABŞ ilə nüvə sahəsində əməkdaşlıq planlarına toxunaraq, “yetərincə işlənməmiş qərarların” adi vətəndaşlar üçün risklər yarada biləcəyini bildirib.

Şoyqu qeyd edib ki, təxminən iki onillik ərzində qurulmuş sistem “bir anda çökə bilər” və mümkün nəticələrə görə heç bir “dost ölkə” məsuliyyət daşımayacaq.

Ermənistan rəsmilərinin bu bəyanata münasibəti hələlik açıqlanmayıb.

N.Təbrizli

Seçilən
47
8
anews.az

10Mənbələr