AZ

Tramp kimin nə qədər pul verməli olduğunu açıqlayacaq: Qəzza Sülh Şurasının ilk iclasında

Qəzza Sülh Şurasının ilk iclasında 20-dən çox ölkənin nümayəndəsi iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.

"Bilirəm ki, söhbət 20-dən çox ölkədən gedir və bu, görüşə böyük marağın olduğunu göstərir. 20 ölkənin siyahısını sizə kürsüdən oxumayacağam, amma sonra təqdim edəcəyik".

O bildirib ki, bu görüş zamanı Donald Tramp iştirakçı ölkələrin Qəzzada yenidənqurma və humanitar səylər üçün 5 milyard dollardan çox vəsait ayırmaq, eləcə də anklavda beynəlxalq sabitləşdirmə qüvvələri və polis yerləşdirmək üçün minlərlə əsgər və hüquq-mühafizə orqanı işçisi göndərmək öhdəliklərini açıqlayacaq.

Seçilən
50
3
publika.az

5Mənbələr