ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
"Ermənistan hakimiyyətinin ölkədə dəmir yolu sisteminin idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş bir qərardır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, bununla təxminən iyirmi il ərzində formalaşmış sistem bir anda çökə bilər: "Digər dövlətlərin dəmir yolu idarəetməsi sahəsindəki imkanlarını qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, uzun illərdir Ermənistanda kifayət qədər çətin şəraitdə səmərəli şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu operatorunu tamamilə əvəz edə biləcək başqa bir şirkətin olması ehtimalı azdır.
Təbii ki, heç bir "dost ölkə" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, Ermənistan rəhbərliyi məsuliyyətli qərarlar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarını rəhbər tutacaq".
Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.