AZ

Azərbaycanda məktəbdə yanğın BAŞ VERİB Ərazilər mühafizə olunub

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ucarda məktəb binasında yanğın qeydə alınıb. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
16
cebheinfo.az

10Mənbələr