AZ

BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

BP “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə “SOCAR AQŞ” və ABŞ-nin “Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqaviləni yeniləyib.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, yenilənmiş müqavilə Xəzər dənizində BP-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması – “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq”, ACE və “Şahdəniz” Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
11
apa.az

10Mənbələr