AZ

“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması İlə bağlı tapşırıq verilib.

Marja.az xəbər verir ki, bu barədə Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında bildirilib. 

Kollegiyanın sədri Sahil Babayev dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və  Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. 

Qeyd edək ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1 milyard 392,7 milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10 milyard 368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində qərarlaşıb.  Ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
1
marja.az

2Mənbələr