AZ

AL: "Fənərbağça" İngiltərə təmsilçisi ilə qarşılaşır

UEFA Çempionlar Liqasının ardından, bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, mərhələnin bütün ilk oyunları bir günə sığacaq. 

Səkkiz qarşılaşmadan dördü saat 21:45-də, qalan yarısı isə gecəyarısı başlayacaq. Ən maraqla gözlənilən oyunlardan biri İstanbulda baş tutacaq. "Fənərbağça" İngiltərə Premyer Liqa təmsilçisi "Nottingem Forest"i sınağa çəkəcək. 

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 26-da keçiriləcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 fevral

21:45. "Brann" (Norveç) - "Bolonya" (İtaliya)
21:45. "Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika)
21:45. "Fənərbağça" (Türkiyə) - "Nottingem Forest" (İngiltərə)
21:45. PAOK (Yunanıstan) - "Selta Viqo" (İspaniya)
00:00. "Seltik" (Şotlandiya) - "Ştutqart" (Almaniya)
00:00. "Lill" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
00:00. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)
00:00. "Panatinaikos" (Yunanıstan) - "Viktoriya Plzen" (Çexiya)

Seçilən
25
5
fanat.az

10Mənbələr