AZ

Mesud Pezeşkiyan ABŞ ilə yaşanan gərginlikdən danışdı: “Müharibə istəmirik, amma təzyiqlərə boyun əymərik”

İran Prezidenti Mesud Pezeşkiyan Loristan əyalətində sivil cəmiyyət nümayəndələri ilə görüşdə ölkəsinin ABŞ ilə yaşanan gərginliyə dair fikirlərini bölüşüb.

Editor.az-ın məlumatına görə, Pezeşkiyan bildirib ki, İran müharibə istəmir, lakin zorla edilən təzyiqlərə və dayatmalara boyun əyməyəcək. O həmçinin vurğulayıb ki, bəzi xarici qüvvələr İranın təbii resurslarına sahib olmaq istəyir və ABŞ-ın İranın daxili siyasəti, xüsusən demokratiya məsələləri ilə bağlı narahatlığı məhz “aldatmadan ibarətdir”.

İran dövlət xəbər agentliyi IRNA-ya istinadla Pezeşkiyanın sözləri belədir:

“Biz müharibə istəmirik. Münaqişəni kənara qoymağın vacib olduğuna inanıram. Lakin əgər zorla bir dayatma olarsa, buna boyun əymərik”.

Prezident Pezeşkiyan əlavə edib ki, ölkədə cəmiyyət böyük sosial təzyiq altındadır və bu vəziyyət nəticəsində insanlar zərər çəkir. O, cəmiyyətin qabaqcıl təbəqələri – ziyalılar, sosioloqlar, sahibkarlar, din xadimləri və aparıcı ictimai fikir liderləri ilə birlikdə bu təzyiqləri azaltmaq üçün çalışmalı olduqlarını qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr