AZ

Mark Zukerberq məhkəmədə ifadə verəcək

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq Los-Anceles məhkəməsinə çağırılıb.

News365.az "Associated Press"ə istinadən xəbər verir ki, o, sosial medianın gənclərin psixi sağlamlığına təsiri ilə bağlı məhkəmədə ifadə verəcək. İddiaçı tərəf olan 20 yaşlı qadın sosial medianın asılılıq yaradan xüsusiyyətlərinin ona sağalmaz zərər vurduğunu, narahatlıq və intihar düşüncələrinə səbəb olduğunu bildirir. Məhkəmə prosesinə rəqəmsal asılılıq səbəbindən övladlarını itirən valideynlər də cəlb olunacaqlar.

İddia əvvəlcə dörd böyük şirkətə - "Meta", "YouTube", "ByteDance" və "Snap Inc"ə qarşı qaldırılıb. Məlumata görə, artıq "TikTok" və "SnapInc" ilə məhkəmədənkənar razılaşma əldə olunub.

"Meta" nümayəndəsi isə iddialarla razılaşmadıqlarını və korporasiyanın "gəncləri dəstəklədiyinə" dair sübutlar təqdim edəcəklərini bildirib. Şirkət rəsmiləri qeyd ediblər ki, "Meta" 2018-ci ildən bəri ABŞ-nin onlarla orta məktəbində yeniyetmələrin onlayn təhlükəsizliyi mövzusunda valideynlər üçün keçirilən seminarlara sponsorluq edib.

Şirkətin vəkili Pol Şmidt iddiaçının psixi sağlamlıq problemlərində "Instagram"ın günahkar olması faktını şübhə altına alıb. O, qızın çətin ailə vəziyyətini əks etdirən sənədləri məhkəməyə təqdim edərək bildirib ki, iddiaçı mövcud problemlərindən qaçmaq və təsəlli tapmaq üçün sosial mediaya müraciət edib.

Seçilən
19
2
news365.az

3Mənbələr