AZ

"Olimpik Marsel" yeni baş məşqçisinin adını açıqladı

Fransenin "Olimpik Marsel" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. 

Habib Beye sözügedən komandanın yeni baş məşqçisi təyin edilib. 

48 yaşlı seneqallı mütəxəssisin son iş yeri bu ayın əvvəlində ayrıldığı "Renn" olub. HAbib Beye 2003-cü ildən 2007-ci ilə qədər Marsel təmsilçisində oynayıb. O, "ağ-mavilər"in sükanı arxasında ötən həftə istefa verən Roberto De Zerbini əvəz edəcək. 

"Olimpik Marsel" 22 oyundan sonra 40 xalla Liqa 1-in turnir cədvəlində dördüncü yerdədir. Komanda cümə günü "Brest"lə səfərdə liqa matçı keçirəcək.

Seçilən
17
fanat.az

1Mənbələr