BAKI, 19 fevral. TELEQRAF
Qazaxıstan ABŞ-nin təşəbbüsü ilə yaradılmış Qəzza zolağının idarə olunması üzrə Sülh Şurasını sonsuz müzakirələr üçün növbəti forum deyil, iqtisadi inkişaf yolu ilə real sülh təklif edən platforma hesab edir.
Teleqraf xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “The National Interest”də dərc olunan məqaləsində bildirib.
“Bu, sonsuz müzakirələr üçün nəzərdə tutulmuş növbəti forum deyil, Qəzza və Yaxın Şərqdə nəticə əldə etməyə yönəlmiş praktiki təşəbbüsdür. Bu təşəbbüsü prinsipial şəkildə fərqləndirən onun məntiqidir. Ağ Ev həqiqətən innovativ yanaşma təklif edib, köhnəlmiş siyasi formulları təkrarlamaq əvəzinə, aydın konsepsiya irəli sürüb - dayanıqlı iqtisadi inkişaf vasitəsilə sülh”, - o yazıb.
Qazaxıstan Prezidenti qeyd edib ki, Astananın Sülh Şurasında yer alması Qazaxıstanın İbrahim Sazişlərinə qoşulmaq qərarının davamıdır və bu, sadəcə diplomatik jest deyil, strateji seçimdir.