AZ

Avropa ilə tamam fərqli müharibə olacaq - Lavrov

Rusiya müharibə axtarışında deyil, lakin Avropa öz səhvlərini anlamaq əvəzinə müharibəyə hazırlaşarsa, o zaman bu, tamam başqa müharibə olacaq və tamam fərqli vasitələrlə...

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyə”yə müsahibəsində deyib.

“Biz müharibə axtarmırıq, müharibə istəmirik. Amma əgər Avropadakı qonşularımız səhvlərini etiraf etmək və birlikdə yaşamalı olduğumuzu anlamaq əvəzinə, bizə qarşı müharibə hazırlasalar, o zaman bu, tamamilə fərqli bir müharibə olacaq və tamamilə fərqli vasitələrlə olacaq”, - deyə Lavrov vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, Prezident Vladimir Putin bu məsələ ilə bağlı dəfələrlə danışıb və xatırladıb ki, Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” keçirir./axar.az/

Seçilən
29
2
turkustan.az

3Mənbələr