AZ

Avropanın 29 ölkəsində virusa yoluxma riski var

Böyük Britaniyanın Ekologiya və Hidrologiya Mərkəzinin araşdırmasına görə, əvvəllər yalnız isti ölkələrdə yayılan çikunqunya artıq Avropada da müşahidə olunur. Xəstəliyi isti iqlimi sevən Aedes ağcaqanadları yayır.

QHT.az xəbər verir ki, Çikunqunya yüksək hərarət, halsızlıq və güclü oynaq ağrıları yaradır, uşaqlar və yaşlılar üçün təhlükəli ola bilər. Xəstələrin 40%-i illərlə artritdən əziyyət çəkir. 2025-ci ildə Fransada və İtaliyada yüzlərlə yoluxma qeydə alınıb. Böyük Britaniya və Almaniyada virus daşıyan ağcaqanadlar aşkarlansa da, hələlik kütləvi yayılma yoxdur.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri səbəbindən ağcaqanadların aktiv dövrü bir sıra Avropa ölkələrində bir neçə ay davam edə bilər.

 

R.İmanov

Seçilən
39
qht.az

1Mənbələr