AZ

Dünyada cəmi bir ədəd: Nadir Bugatti nin hərracda rekord qiymətə satılması gözlənilir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1920-ci illərdə "Bugatti" cəmi 160 ədəd "Type 43" şassisi istehsal edib və bu model dövrünün ən sürətli avtomobillərindən biri hesab olunub.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, həmin şassilərdən yalnız biri belçikalı usta Ejen Matiss tərəfindən hazırlanmış xüsusi ikinəfərlik açıq kuzovla təchiz edilib. Məhz bu unikal avtomobil may ayında İtaliyada keçiriləcək "Broad Arrow" hərracında satışa çıxarılacaq. Nadir rodsterin 2.5-3.5 milyon avro (təxminən 4.5-6.3 milyon manat) arasında qiymətə satılacağı gözlənilir.

Sözügedən model ilk sahibinə 1929-cu ilin əvvəlində müvəqqəti kuzovla təhvil verilib. Avtomobil hazırkı görünüşünü 1930-cu illərin əvvəlində, Brüsseldən olan kuzov ustası Ejen Matiss ona yeni dizayn hazırladıqdan sonra alıb. Ötən illər ərzində avtomobil bir neçə dəfə sahibini dəyişib, hətta bir müddət "Chevrolet" mühərriki ilə təchiz edilib. Lakin 1980-ci illərdə rodster yenidən zavod spesifikasiyalarına uyğun orijinal mühərriklə təmin olunub.

Son 45 il ərzində bu "Bugatti Type 43" Böyük Britaniyadakı ən məşhur şəxsi kolleksiyalardan birində saxlanılıb. Bu müddətdə avtomobilin mexaniki vəziyyəti tamamilə orijinala qaytarılsa da, interyeri bilərəkdən klassik (köhnəlmiş) üslubda saxlanılıb. Avtomobilin tarixini və orijinallığını təsdiqləyən bütün rəsmi sənədlər mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
oxu.az

1Mənbələr