Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Almaniya üçün Alternativ" partiyası Macarıstan sakini Volfqanq Karl Kvaderin 700 000 avro (təxminən 1.4 milyon manat) məbləğində bütün mirasını əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
V.K.Kvader "Almaniya üçün Alternativ" partiyasını öz aktivlərinin yeganə varisi adlandırıb. Partiya mirasın xarakteri (nağd pul, qızıl və ya daşınmaz əmlak) barədə açıqlama verməyib.
Partiyanın tərəfdarlarından miras alması ilk dəfə deyil. Maliyyə hesabatına görə, "Almaniya üçün Alternativ" partiyası Münhen taksi operatorundan 432 000 avro (təxminən 869 700 manat), eləcə də Bavariyanın Sankt-Volfqanq şəhərindəki bir xeyriyyəçidən 571 000 avro (təxminən 1.1 milyon manat) məbləğində miras alıb.
Qeyd edək ki, Aşağı Saksoniya fevralın 16-da Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasını sağçı ekstremist qurum elan edərək, yerli hakimiyyət orqanlarına demokratiyaya potensial təhdid kimi olan bu siyasi qruplaşmaya nəzarət üçün geniş səlahiyyətlər verib. Həmçinin bildirilib ki, partiya iyulun əvvəlində - Veymarda keçirilən Nasist Partiyası Konqresindən düz bir əsr sonra Erfurtda konfrans keçirməyi planlaşdırır. Tarixçilər və siyasətçilər bunu qəsdən törədilən təxribat hesab edirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.