AZ

Yeniyetmənin həyatını xilas edən TƏSADÜF: Böyrəyi 5 litrlik qab ölçüsünə ÇATIB – FOTO

Novosibirskdə yeniyetmənin böyrəyi 5 litrlik su qabı ölçüsünə qədər böyüyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Novosibirsk şəhərində 17 yaşlı yeniyetmədə nadir və olduqca təhlükəli tibbi hal aşkarlanıb.

Gənc oğlan işə düzəlmək üçün tələb olunan tibbi müayinədən keçərkən həkimlər onun böyrəyinin 5 litrlik plastik qab ölçüsünə qədər böyüdüyünü müəyyən ediblər.

Yeniyetməyə “hidronefroz” diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, orqan həddindən artıq gərildiyi üçün hər an partlaya bilərdi və bu, xəstənin ölümü ilə nəticələnərdi.

Ən qəribə məqam isə odur ki, yeniyetmə özünü tamamilə sağlam hiss edib və müayinəyə qədər heç bir ağrıdan şikayət etməyib.

Məhz işə qəbul öncəsi aparılan planlı yoxlanış gəncin həyatını xilas edib. Hazırda o, həkim nəzarətindədir və zəruri müalicə prosedurları həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
61
interpress.az

1Mənbələr